Sumqayıtda fəhlə binadan yıxılaraq ölüb - YENİLƏNİB

Sumqayıtda fəhlə binadan yıxılaraq ölüb - YENİLƏNİB Sumqayıt. 1 iyun. REPORT.AZ/ Sumqayıt şəhərində iş zamanı ölən fəhlənin adı məlum olub.
Hadisə
1 İyun , 2018 22:33
Sumqayıtda fəhlə binadan yıxılaraq ölüb - YENİLƏNİB

Sumqayıt. 1 iyun. REPORT.AZ/ Sumqayıt şəhərində iş zamanı ölən fəhlənin adı məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, şəhər sakini, 1955 -ci il təvəllüdlü Teyyub Hüseynov fəhlə işlədiyi yaşayış binasından yıxılaraq dünyasını dəyişib.


***21:48

Sumqayıt. 1 iyun. REPORT.AZ/ Sumqayıtda fəhlə bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

"Report"un Sumqayıt -Abşeron bürosunun məlumatına görə, hadisə şəhər ərazisində inşa olunan yaşayış binalarının birində qeydə alınıb. Ölən şəxsin kimliyi hələlik məlum deyil.

 Onun meyiti müayinə olunması üçün Sumqayıt şəhər morquna təhvil verilib.

Faktla bağlı baş vermiş hadisənin təfərrüatları araşdırılır.

Son xəbərlər

Orphus sistemi