Yuxarı

Sumqayıtda eyni ailənin üç uşağı tortdan zəhərlənib - YENİLƏNİB

Xəstəxana açıqlama verib

ilk xəbər saat 10:57-də yayımlanıb

Bakı. 6 oktyabr. REPORT.AZ/ Sumqayıt şəhərində tortdan kütləvi zəhərlənmə olub.

“Report”un xəbərinə görə, 2004-cü il təvəllüdlü Xanım Əiyeva, onun bacısı 2009-cu il təvəllüdlü Gülmirə Əliyeva və qardaşı 2012-ci il təvəllüdlü Murad Əliyev tortdan zəhərlənib.

Hər üç azyaşlı Sumqayıt Şəhər Uşaq Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan “Report”a verilən məlumata görə, onlar tibb müəssisəsinə “naməlum etiologiyalı bağırsaq infeksiyası” diaqnozu ilə qəbul edilib. Azyaşlıların evdə qəbul etdiyi qidadan bağırsağına infeksiya düşdüyü məlum olub. 

“Hazırda hər üç xəstənin vəziyyəti sabitdir” - xəstəxanadan bildirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi