Sumqayıtda ev yanıb, bir nəfər xilas edilib

Sumqayıtda ev yanıb, bir nəfər xilas edilib Nəticədə evin 2 otağı yanıb
Hadisə
10 Fevral , 2017 08:12
Sumqayıtda ev yanıb, bir nəfər xilas edilib

Bakı. 10 fevral. REPORT.AZ/ Gecə saatlarında Sumqayıt şəhərində vətəndaşa məxsus birmərtəbəli 3 otaqlı evdə yanğın baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nəticədə evin 2 otağının yanar konstruksiyaları, ev əşyaları və dam örtüyü 40 m² sahədə yanıb.

Yanğın zamanı bir nəfər vətəndaş yanğınsöndürənlər tərəfindən təxliyə olunaraq aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın saat 01:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi