Sumqayıtda ər arvadını ölümcül döyüb

Sumqayıtda ər arvadını ölümcül döyüb Sumqayıtda 29 yaşlı qadın əri tərəfindən ölümcül döyülüb.
Hadisə
30 Mart , 2019 23:03
Sumqayıtda ər arvadını ölümcül döyüb

Sumqayıtda 29 yaşlı qadın əri tərəfindən ölümcül döyülüb.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə Hacı Zeynalabdin Tağıyev qəsəbəsi, Dəmir yolu keçidi adlanan ərazidə baş verib. Sumqayıt şəhər sakini, 1990-ci il təvəllüdlü Bağırova Çinarə Mətləb qızı ailə münaqişəsi zəmnində əri tərəfindən döyülüb.

Qadın Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılaraq cərrahiyyə şöbəsinə yerləşdirilib. Xəstəxanadan Bağırova Çinarənin vəziyyətinin qənaətbəxş olduğu bildirilib. Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi