Bakı. 5 mart. REPORT.AZ/ Sumqayıtda əl qumbarası tapılıb.
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) "Report"a verilən məlumata görə, martın 5-i saat 14:57-də
Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən birlikdə həmin yerdə yerləşən H.Z.Tağıyev adına çeşidləmə dəmiryolu stansiyasının ərazisinə baxış keçirilib. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 əl qumbarası aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Əl qumbarasının ətrafında 600 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.