Sumqayıtda diş həkimi "ipoteka" sözünə görə xəstəsini döyüb

Sumqayıtda diş həkimi "ipoteka" sözünə görə xəstəsini döyüb Sumqayıt. 29 sentyabr. REPORT.AZ/ Sumqayıt şəhərində diş həkimi xəstəsini döyüb.
Hadisə
29 Sentyabr , 2018 16:59
Sumqayıtda diş həkimi ipoteka sözünə görə xəstəsini döyüb

Sumqayıt. 29 sentyabr. REPORT.AZ/ Sumqayıt şəhərində diş həkimi xəstəsini döyüb. 

"Report"un Sumqayıt-Abşeron bürosunun verdiyi məlumata görə, Sumqayıt şəhər sakini, 1975-ci il təvəllüdlü Sərvər Qüdrət oğlu Abışov adı hələlik istintaqa məlum olmayan diş həkimi tərəfindən döyülüb. Yaralı xəstəxanaya yerləşdirilib.

Yaralı diş həkimindən ona kreditlə (hissə-hissə ödəməklə) diş qoymasını tələb edib. Ancaq "kredit" əvəzinə "ipoteka" kəlməsini işlədib. Bu da diş həkiminin əsəbləşməsinə səbəb olub və tərəflər arasında mübahisə yaranıb. Nəticədə həkim Sərvər Abışovu döyərək ağır xəsarətlər yetirib.

Faktla bağlı araşdırma aparılır

Son xəbərlər

Orphus sistemi