Sumqayıtda dənizdən meyit çıxarılıb

Sumqayıtda dənizdən meyit çıxarılıb Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 qaynar telefon xəttinə Sumqayıt şəhəri ərazisində 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.
Hadisə
13 İyun , 2020 08:06
Sumqayıtda dənizdən meyit çıxarılıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri ərazisində 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.

“Report” FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən batan şəxsin (şəxsiyyəti dəqiqləşdirilir) meyiti sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Son xəbərlər

Orphus sistemi