Sumqayıtda dənizə düşən şəxs xilas edilib

Sumqayıtda dənizə düşən şəxs xilas edilib Sumqayıt şəhərində qeyri-məntəqə (nəzarətsiz) ərazisində bir nəfər dənizə düşüb.
Hadisə
25 İyul , 2019 08:02
Sumqayıtda dənizə düşən şəxs xilas edilib

Sumqayıt şəhərində qeyri-məntəqə (nəzarətsiz) ərazisində bir nəfər dənizə düşüb.

“Report” xəbər verir ki, bu barədə məlumat FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olub.

Dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Son xəbərlər

Orphus sistemi