Sumqayıtda dənizdə batan yaşlının meyiti tapılıb

Sumqayıtda dənizdə batan yaşlının meyiti tapılıb Sumqayıt. 29 iyul. REPORT.AZ/ Sumqayıtda dənizdə yaşlı kişinin meyiti tapılıb.
Hadisə
29 İyul , 2018 11:07
Sumqayıtda dənizdə batan yaşlının meyiti tapılıb

Sumqayıt. 29 iyul. REPORT.AZ/ Sumqayıtda dənizdə yaşlı kişinin meyiti tapılıb.

"Report"un yerli bürosunun verdiyi məlumata görə, hadisə Xəzər dənizinin Sumqayıt şəhəri ərazisinə düşən hissəsində baş verib.

Belə ki, yaşı təqribən 75 olan kişinin dənizdə batdığı məlum olub. Aparılan təxirəsalınmaz əməliyyat axtarış tədbirləri zamanı həmin kişi tapılaraq sudan çıxarılıb və aidiyyatı üzrə təhvil verilib.

Hazırda həmin şəxsin kimiliyi müəyyən edilir. Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi