Sumqayıtda dənizdə batan kişinin şəxsiyyəti məlum olub

Sumqayıtda dənizdə batan kişinin şəxsiyyəti məlum olub Sumqayıt. 7 iyul. REPORT.AZ/ Ötən gün Sumqayıt şəhərində dənizdə batan kişinin şəxsiyyəti məlum olub
Hadisə
8 İyul , 2018 18:15
Sumqayıtda dənizdə batan kişinin şəxsiyyəti məlum olub

Sumqayıt. 7 iyul. REPORT.AZ/ Ötən gün Sumqayıt şəhərində dənizdə batan kişinin şəxsiyyəti məlum olub

"Report"un yerli bürosunun məlumatına görə, bu, 1967-ci il təvəllüdlü Bəşirov İlham İmanqulu oğludur.

Hadisə Xəzər dənizinin Sumqayıt şəhərinin Dənizkənarı Bulvar ərazisinə düşən hissəsində baş verib. Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları hadisə yerinə cəlb olunaraq meyiti sudan çıxarıblar.

Son xəbərlər

Orphus sistemi