Sumqayıtda dəmir yolu yaxınlığında insan kəlləsi aşkarlanıb

Sumqayıtda dəmir yolu yaxınlığında insan kəlləsi aşkarlanıb Sumqayıt. 3 noyabr. REPORT.AZ/ Sumqayıtda qazıntı zamanı insan kəlləsi tapılıb.
Hadisə
3 Noyabr , 2018 18:07
Sumqayıtda dəmir yolu yaxınlığında insan kəlləsi aşkarlanıb
Report

Sumqayıt. 3 noyabr. REPORT.AZ/ Sumqayıtda qazıntı zamanı insan kəlləsi tapılıb.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, Sumqayıt şəhəri, Yaşıldərə yaşayış massivində dəmir yolu xətti ətrafında qaralmış naməlum insan kəlləsi aşkar edilib.

İnsan kəlləsi ərazidə qazıntı işləri aparılarkən üzə çıxıb. Ətrafda yaşayan insanlar tərəfindən hüquq-mühafisə orqanlarına məlumat verilib. Bakı və Sumqayıtdan olan ekspertlər ərazidə aşkar edilmiş insanın başının skeletini götürərək eksperteziya göndəriblər.

Yaxınlıqda yaşayan insanlar bildiriblər ki, ərazidə tikilmiş evlərin həyətlərinə vaxtı ilə qıraq yerlərdən çoxlu torpaq daşınaraq boşadılıb. Ehtimal edilir ki, insan kəlləsi həmin torpaqlara qarışaraq gətirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi