Yuxarı

Sumqayıtda daha bir ağır qəza baş verib: 3 ölü, 1 yaralı

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi faktla bağlı araşdırma aparır

Bakı. 17 sentyabr. REPORT.AZ/ Sumqayıtda avtomobil yolun kənarında dayanan 4 nəfəri vurub, yaralılardan 3-ü ölüb. "Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Məlumata görə, sentyabrın 16-da saat 21 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsində Laçın rayon sakini Nailə Kazımova idarə etdiyi "Hyundai" markalı avtomobillə yolun kənarında dayanan Xaçmaz rayon sakinləri Səbuhi Məlikovu, Fərman İsmayılovu, Lətif Məmmədovu və Nağdəli Babayevi vurub. Nəticədə S.Məlikov, F.İsmayılov və L.Məmmədov hadisə yerində ölüb, N.Babayev və N.Kazımova isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi araşdırma aparır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi