Sumqayıtda çoxmərtəbəli yaşayış binasında yanğın olub, 2 nəfər zəhərlənib

Sumqayıtda çoxmərtəbəli yaşayış binasında yanğın olub, 2 nəfər zəhərlənib 15 nəfər sakin təxliyə olunub
Hadisə
28 İyul , 2017 13:10
Sumqayıtda çoxmərtəbəli yaşayış binasında yanğın olub, 2 nəfər zəhərlənib
Report

Bakı. 28 iyul. REPORT.AZ/ Sumqayıt şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın olub, 2 nəfər zəhərlənib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, binanın 10-cu mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 58 m2 olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 20 m2 sahədə yanıb. Yüksək temperaturdan dəhlizin lambirdən ibarət tavanı 10 m2 sahədə əriyib. Yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənmiş halda təcili tibbi yardım xidmətinə təhvil verilib və mənzillərdən 15 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. 

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 11:06-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi