Sumqayıtda bayram axşamı piyadanı vuraraq qaçan sürücü tutulub

Sumqayıtda bayram axşamı piyadanı vuraraq qaçan sürücü tutulub Bakı. 7 yanvar. REPORT.AZ/ Sumqayıt şəhərində bayram axşamı piyadanı vuraraq hadisə yerindən qaçan sürücü tutulub.
Hadisə
7 Yanvar , 2019 12:17
Sumqayıtda bayram axşamı piyadanı vuraraq qaçan sürücü tutulub

Bakı. 7 yanvar. REPORT.AZ/ Sumqayıt şəhərində bayram axşamı piyadanı vuraraq hadisə yerindən qaçan sürücü tutulub. 

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Belə ki, Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 31-də Nicat Hüseynovun xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Opel” markalı avtomobilin sürücüsü, Sumqayıt şəhər sakini Zöhrab Novruzov saxlanılıb. 

Son xəbərlər

Orphus sistemi