Hacı Zeynalabdin Tağıyev qəsəbəsində baş vermiş intiharla bağlı cinayət işi başlanıb

Hacı Zeynalabdin Tağıyev qəsəbəsində baş vermiş intiharla bağlı cinayət işi başlanıb Prokurorluq: Məhəmməd Əliyevin intihar etməsinin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq tədbirləri həyata keçirilir
Hadisə
28 İyul , 2015 18:46
Hacı Zeynalabdin Tağıyev qəsəbəsində baş vermiş intiharla bağlı cinayət işi başlanıb

Bakı. 28 iyul. REPORT.AZ/ Sumqayıt Şəhər Prokurorluğu Hacı Zeynalabdin Tağıyev qəsəbəsində baş vermiş intihar faktı ilə bağlı rəsmi məlumat yayıb. Bu barədə "Report"a Baş Prokurorluqdan məlumat verilib. 

Məlumatda bildirilir ki, iyulun 24-də 1955-ci il təvəllüdlü Məhəmməd Müzəffər oğlu Əliyevin Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində üstünə neft məhlulu tökərək yanıq xəsarətləri ilə xəstəxanaya daxil olması və aldığı yanıq xəsarətlərindən iyulun 27-də orada vəfat etməsi faktı ilə bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Hazırda iş üzrə istintaq davam etdirilməklə, M.Əliyevin intihar etməsinin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq tədbirləri həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi