Yuxarı
    Bağlamaq

    Sumqayıtda bacısını öldürən şəxsin şikayəti əsasında məhkəmə başlayıb

    Məhkəmənin növbəti iclası iyulun 5-nə təyin edilib

    Bakı. 24 iyun. REPORT.AZ/ Sumqayıt Apellyasiya Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Pərviz Şahbazovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

    "Report"un xəbərinə görə, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

    Məhkəmənin növbəti iclası iyulun 5-nə təyin edilib.

    Qeyd edək ki, hadisə Sumqayıt şəhərində baş verib. Şəhərin “Saray bağları” ərazisində yaşayan 1992-ci il təvəllüdlü Pərviz İsmayıl oğlu Şahbazov bacısı, 22 yaşlı Zümrüd Soltanovanı bıçaqla qətlə yetirib. Hadisə qısqanclıq zəminində baş verib. O, polis əməkdaşları tərəfindən saxlanılıb.

    P.Şahbazov Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddələri ilə ittiham olunub.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə P.Şahbazov 15 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi