Sumqayıtda bacısını öldürən şəxsin cəzası azaldılıb

Sumqayıtda bacısını öldürən şəxsin cəzası azaldılıb Hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub
Hadisə
22 İyun , 2018 17:47
Sumqayıtda bacısını öldürən şəxsin cəzası azaldılıb
0 : 00
0 : 00

Bakı. 22 iyun. REPORT.AZ/ Sumqayıt Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Pərviz Şahbazovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Belə ki, P.Şahbazovun 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası 11 ilə endirilib.

Qeyd edək ki, hadisə Sumqayıt şəhərində baş verib. Şəhərin “Saray bağları” ərazisində yaşayan 1992-ci il təvəllüdlü Şahbazov Pərviz İsmayıl oğlu bacısı, 22 yaşlı Zümrüd Soltanovanı bıçaqla qətlə yetirib. Hadisənin qısqanclıq zəminində baş verdiyi ehtimal edilir. O, polis əməkdaşları tərəfindən saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə P.Şahbazov 15 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi