Yuxarı

Sumqayıtda axtarışda olan şəxs tutulub

Sumqayıtda axtarışda olan şəxs tutulub

Bakı. 26 dekabr. REPORT.AZ/ Sumqayıt şəhərində axtarışda olan şəxs tutulub. 

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Belə ki, Sumqayıt şəhər Polis idarəs 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 180-ci (Soyğunçuluq), 182-ci (Hədə-qorxu ilə tələb etmə) və 332-ci (Tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma) maddələri ilə axtarışda olan İsgəndər Quliyev saxlanılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi