Bakı. 17 noyabr. REPORT.AZ/ Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhəri ərazisində avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.
Bu barədə "Report"a DİN-in Mətbuat xidmətindən məlumat verilib.
Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) 4-cü polis bölməsi əməkdaşlarının daxil olmuş müraciətlər əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində ayrı-ayrı vaxtlarda şəhər ərazisində “Volkswagen”, “Toyota”, KİA, “Opel” və “Nissan” markalı 5 avtomobildən pul, mobil telefon və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini Emin Duduyev saxlanılıb.
Oğurluq etdiyinə görə tutulmuş Ceyhun Ələkbərovun ətrafında Sumqayıt ŞPİ 3-cü polis bölməsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri nəticəsində isə onun şəhər ərazisində daha 4 avtomobildən məişət əşyaları və akkumulyator oğurlaması da müəyyən edilib.
İstintaq-əməliyyat tədbirləri aparılır.