Polis Sumqayıtda avtomobillə vurularaq öldürülən şəxsin yaxınlarını axtarır - FOTO - YENİLƏNİB

Polis Sumqayıtda avtomobillə vurularaq öldürülən şəxsin yaxınlarını axtarır - FOTO - YENİLƏNİB Sumqayıt. 25 dekabr. REPORT.AZ/ Sumqayıt şəhəri Babək və Ü.Hacıbəyov küçələrinin kəsişməsində müəyyən edilən avtomobilin sürücüsü tərəfindən təxminən 55-60 yaşlarında kişi piyada vurulub.
Hadisə
25 Dekabr , 2018 11:40

Sumqayıt. 25 dekabr. REPORT.AZ/ Sumqayıt şəhəri Babək və Ü.Hacıbəyov küçələrinin kəsişməsində müəyyən edilən avtomobilin sürücüsü tərəfindən təxminən 55-60 yaşlarında kişi piyada vurulub.

"Report"un yerli bürosunun məlumatına görə, piyada aldığı xəsarətlərdən Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasında ölüb.

Keçirilmiş əməliyyat tədbirləri zamanı piyadanın şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.

Onun xarakterik əlamətləri belədir: boyu 173 santimetr, normal bədən quruluşlu, saçlarının rəngi ağdır. Piyada vurulan zaman əynində tünd göy rəngdə qısaqol köynək və qara rəngdə şalvar olub.

Dünyasını dəyişən piyadanın sol əlinin biləyində kiril əlifbası ilə “Zenfira”, sol əl nahiyyəsində “ANA”, sol ayağının pəncəsində “Çox sağ ol”, sağ ayağının pəncəsində “TƏMİZ YU” və sol əlinin barmaqlarının üzərində “19?1” döymələri var.

Şəxsiyyəti məlum olmayan, şəkildə gördüyünüz kişini tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə, Sumqayıt Şəhər Polis İdarəsinə (018) 65-4-02-02, (012) 590-66-10, həmçinin (077) 458-17-18, (050) 363-99-90 telefon nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.   


*** 9:12

Sumqayıt. 25 dekabr. REPORT.AZ/Sumqayıt şəhərində piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə Sumqayıt şəhəri Babək və Ü.Hacıbəyov küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, avtomobil yolu keçmək istəyən naməlum kişini vurub. Hələlik şəxsiyyəti məlum olmayan kişinin orta yaşlarında olduğu bildirilir. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub. Hadisə yerinə baxış keçirilib. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir. 

Son xəbərlər

Orphus sistemi