Sumqayıtda avtomobil səkiyə çırpıldıqdan sonra yanıb

Sumqayıtda avtomobil səkiyə çırpıldıqdan sonra yanıb Yanğın saat 04:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb
Hadisə
2 Aprel , 2015 09:35
Sumqayıtda avtomobil səkiyə çırpıldıqdan sonra yanıb

Bakı. 2 aprel. REPORT.AZ/ Sumqayıt şəhərində vətəndaşa məxsus “Nissan” markalı minik avtomobilinin səkiyə çırpılması nəticəsində yanğınla nəticələnən yol qəzası baş verib. “Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, hadisə nəticəsində avtomobilin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi