Sumqayıtda avtomobil piyadanı vurub - YENİLƏNİB

Sumqayıtda avtomobil piyadanı vurub - YENİLƏNİB Sumqayıtda avtomobilin vurduğu piyada xəstəxanada ölüb.
Hadisə
11 Oktyabr , 2019 14:10
Sumqayıtda avtomobil piyadanı vurub - YENİLƏNİB

Sumqayıtda avtomobilin vurduğu piyada xəstəxanada ölüb.

"Report"un yerli bürosu xəbər verir ki, şəhər sakini İlkin Məmmədli yolu keçmək istəyərkən naməlum avtomobil tərəfindən vurulub. O, ağır vəziyyətdə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. 

Əməliuyyat olunan yaralının həyatını xilas etmək mümkün olmayaıb. O, yerləşdirildiyi xəstəxanada ölüb. 


*** 09:23

Sumqayıt şəhərində piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, şəhər ərazisində yolu keçmək istəyən piyada, 1990-cı il təvəllüdlü Məmmədli İlkin Zahid oğlunu avtomobil vurub. Xəsarət alan İ.Məmmədli xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi