Sumqayıtda avtomobil piyadanı vuraraq öldürüb

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürüb Sumqayıt şəhərində yol qəzası olub.
Hadisə
1 Mart , 2021 13:08
Sumqayıtda avtomobil piyadanı vuraraq öldürüb

Sumqayıt şəhərində yol qəzası olub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, fevralın 27-si saat 23 radələrində şəhərin 11-ci mikrorayon ərazisində şəhər sakini O.Məmmədov idarə etdiyi “BMW” markalı avtomobillə yolu keçən həmyerlisi B.Əliyevi vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi