Sumqayıt şəhərində yol qəzası baş verib.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, dekabrın 30-u saat 9 radələrində Sumqayıt şəhərində şəhər sakini S.Yusifov idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçən vətəndaş A.Yusifovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır.