Sumqayıtda avtomobil orta yaşlı kişini vuraraq ağır xəsarət yetirib

Sumqayıtda avtomobil orta yaşlı kişini vuraraq ağır xəsarət yetirib Sürücü məsuliyyətə cəlb olunub
Hadisə
30 İyun , 2018 05:57
Sumqayıtda avtomobil orta yaşlı kişini vuraraq ağır xəsarət yetirib

Bakı. 30 iyun. REPORT.AZ/ Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər ağır xəsarət alıb.

"Report" xəbər verir ki, hadisə Heydər Əliyev küçəsində baş verib.

1987-ci il təvəllüdlü Eyvazov Əlibəy Maarif oğlu piyada zolağından keçərkən onu yüksək sürətlə hərəkət edən minik avtomobili vurub. Nəticədə Ə. Eyvazov ağır xəsarət alıb.

Hadisə yerinə gələn təcili tibbi yardım xidməti yaralıya ilkin yardım göstəril. Lakin onun vəziyyəti olduqca ağır olub.

Buna görə də xəsarət alan şəxs Bakıya, 1 saylı Kliniki Tibbi Mərkəzə göndərilib. Yaralı cərrahi əməliyyat edilib. 

Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti sabit ağır kimi qiymətləndirilir.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırmalara başlanılıb. 

Sürücü məsuliyyətə cəlb olunub.

Son xəbərlər

Orphus sistemi