Sumqayıtda avtomobil gənc oğlanı vuraraq öldürüb - YENİLƏNİB

Sumqayıtda avtomobil gənc oğlanı vuraraq öldürüb - YENİLƏNİB Sumqayıt. 23 fevral. REPORT.AZ/ Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi zamanı ölən piyadanın adı məlum olub.
Hadisə
23 Fevral , 2018 09:13
Sumqayıtda avtomobil gənc oğlanı vuraraq öldürüb - YENİLƏNİB
Report

Sumqayıt. 23 fevral. REPORT.AZ/ Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi zamanı ölən piyadanın adı məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, bu, Sumqayıt şəhər sakini, 1994-cü il təvəllüdlü Məmməd Xəqani oğlu Balayevdir. 

Hadisədən sonra sürücü saxlanılaraq istintaqa cəlb olunub.


***22:47

Sumqayıt. 23 fevral. REPORT.AZ/ Sumqayıt şəhərində avtomobil gənc oğlanı vuraraq öldürüb.

"Report"un yerli bürosunun verdiyi məlumata görə, hadisə şəhərin 10-cu mikrorayon ərazisində baş verib.

Belə ki, hərəkətdə olan "Opel" markalı avtomobil yolu keçmək istəyən piyadanı vurub.Yaralı dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Ölən şəxsin kimliyi hələlik məlum deyil.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi