Sumqayıtda avtomobil yaşlı kişini vuraraq öldürüb - YENİLƏNİB

Sumqayıtda avtomobil yaşlı kişini vuraraq öldürüb - YENİLƏNİB Sumqayıt şəhərində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən piyadanın şəxsiyyəti məlum olub.
Hadisə
14 Oktyabr , 2019 23:43
Sumqayıtda avtomobil yaşlı kişini vuraraq öldürüb - YENİLƏNİB

Sumqayıt şəhərində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən piyadanın şəxsiyyəti məlum olub. 

"Report" xəbər verir ki, 1967-ci il təvəllüdlü Quliyev Ramazan Sabir oğlu yolu keçərkən naməlum avtomobil tərəfindən vurulub. Yaralı aldığı xəsarətdən hadisə yerində ölüb. Hadisəni törədən sürücü ərazini tərk edib.

Faktla bağlı araşdırma aparılır. 

***21:26

Sumqayıtda avtomobil yaşlı kişini vuraraq öldürüb.

"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə "Sumqayıt stansiyası" adlanan ərazidə baş verib.

Belə ki, hələlik şəxsiyyəti məlum olmayan orta yaşlı kişi yolu keçmək istəyərkən naməlum avtomibil tərəfindən vurulub. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi yardım Stansiyasının həkimləri cəlb olunub. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi