Sumqayıtda atasının avtomobili ilə piyadanı vurub öldürən şəxsə hökm oxunub

Sumqayıtda atasının avtomobili ilə piyadanı vurub öldürən şəxsə hökm oxunub Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində piyadanı avtomobillə vurub öldürməkdə təqsirləndirilən Hüseyn Əhmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
1 Aprel , 2019 15:24
Sumqayıtda atasının avtomobili ilə piyadanı vurub öldürən şəxsə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində piyadanı avtomobillə vurub öldürməkdə təqsirləndirilən Hüseyn Əhmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə H.Əhmədov 5 il müddətinə azadlıqdan məhrum edilib. Barəsində polisin nəzarəti qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə məntəqsində çəkəcək.

Bildirilib ki, H.Əhmədov zərərçəkmişin hüquqi varisi ilə barışıb.

Qeyd edək ki, hadisə ötən il oktyabrın 7-si saat 19 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində baş verib. Sumqayıt şəhər sakini, yetkinlik yaşına çatmayan H.Əhmədov idarə etdiyi atasına məxsus “VAZ-2106” markalı avtomobillə yolu keçən Abşeron rayon sakini Şahin Piriyevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

H.Əhmədovun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Son xəbərlər

Orphus sistemi