Sumqayıtda arvadı ilə mübahisə edən 33 yaşlı kişi müəmmalı şəkildə ölüb

Sumqayıtda arvadı ilə mübahisə edən 33 yaşlı kişi müəmmalı şəkildə ölüb O, ayağından bıçaqlanıb
Hadisə
8 Sentyabr , 2016 11:12
Sumqayıtda arvadı ilə mübahisə edən 33 yaşlı kişi müəmmalı şəkildə ölüb

Bakı. 8 sentyabr. REPORT.AZ/ Sumqayıt şəhərində ölüm hadisəsi baş verib.

Şəhər prokurorluğundan “Report”a verilən məlumata görə, Sumqayıt sakini 1983-cü il təvəllüdlü Natiq Mədətov ailə münaqişəsi zəminində həyat yoldaşı 1980-ci il təvəllüdlü Xatirə Məmmədova ilə mübahisə edib.

Münaqişə zəminində ayağından bıçaq xəsarəti alan N.Mədətov qan itirmə nəticəsində dünyasını dəyişib.

X.Məmmədova istintaqa ifadəsində ərinin özü-özünü bıçaqla vurduğunu deyib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır. Araşdırmalardan sonra N.Mədətovun bıçaqla özü-özünü vurduğu, yoxsa həyat yoldaşı tərəfindən bıçaqlandığı məlum olacaq.

Son xəbərlər

Orphus sistemi