Yuxarı
    Bağlamaq

    Sumqayıtda ana doğuşdan sonra dünyasını dəyişib

    Yaxınları onun ölümünü həkim səhlənkarlığı ilə əlaqələndirirlər

    Bakı. 14 iyul. REPORT.AZ/ Sumqayıtda ana xəstəxanada doğuşdan sonra dünyasını dəyişib.

    "Report"un xəbərinə görə, hadisə 2 saylı Sumqayıt Şəhər Xəstəxanasında baş verib.

    Belə ki, 1988-ci il təvəllüdlü Məmmədova Gülsüm Ramil qızı körpəni dünyaya gətirdikdən sonra dünyasını dəyişib. Mərhumun yaxınları onun ölümünü həkim səhlənkarlığı ilə əlaqələndirirlər.

    Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Paraloji Anatomiya Birliyinə təhvil verilib.

    Fakt araşdırılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi