Sumqayıtda ağır yol qəzası baş verib, ölən və yaralananlar var

Sumqayıtda ağır yol qəzası baş verib, ölən və yaralananlar var Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsi araşdırma aparır
Hadisə
4 Avqust , 2015 12:17
Sumqayıtda ağır yol qəzası baş verib, ölən və yaralananlar var

Bakı. 4 avqust. REPORT.AZ/ Sumqayıt şəhərində iki avtomobil toqquşub. "Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytında məlumat yayılıb. 

Məlumata əsasən, avqustun 3-də saat 18 radələrində Sumqayıt şəhəri ərazisində şəhər sakini Fərrux Əliyevin idarə etdiyi "VAZ-21015" və Bakı şəhər sakini Niyaz İsayevin idarə etdiyi "Mitsubishi" markalı avtomobillər toqquşub. Nəticədə F.Əliyevin sərnişini Vəfadar Ələkbərov hadisə yerində ölüb, N.İsayev və sərnişini İlqar Hüseynov xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsi araşdırma aparır.

Son xəbərlər

Orphus sistemi