Sumqayıtda 9 il əvvəl atasını öldürən şəxsə yenidən hökm oxunub

Sumqayıtda 9 il əvvəl atasını öldürən şəxsə yenidən hökm oxunub Bakı. 26 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 9 il əvvəl atasını öldürməkdə təqsirləndirilən Azər Yaqubovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
26 Yanvar , 2018 13:08
Sumqayıtda 9 il əvvəl atasını öldürən şəxsə yenidən hökm oxunub

Bakı. 26 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 9 il əvvəl atasını öldürməkdə təqsirləndirilən Azər Yaqubovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə A.Yaqubov 13 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzası şübhəli şəxs qismində saxlanıldığı 2009-cu ildən hesablanıb.

Qeyd edək ki, Sumqayıt sakini A.Yaqubov 2009-cu ildə atası Şaban Yaqubovu yatmış, köməksiz vəziyyətdə qətlə yetirib. Hadisəyə səbəb isə A.Yaqubovun işləməməsi olub. Belə ki, atasının onu tez-tez danlamasını bəhanə gətirərək onu öldürməyi planlaşdırıb. Bu məqsədlə də atasını yatan zaman balta ilə 3 dəfə vuraraq qətlə yetirib.

A.Yaqubov elan olunmuş ittihamla özünü təqsirli bilib və əməlini etiraf edib. Məhkəmədə dindirilən zaman o, atasını bir dəfə balta ilə vurduğunu deyib.

Məlum olub ki, A.Yaqubov 9 il əvvəl də istinataqa eyni sözləri deyib. Hakim xatırladıb ki, ekspertizanın rəyinə əsasən, A.Yaqubov atasına 3 zərbə endirib. A.Yaqubov əməlindən peşman olduğunu bildirib.

Xatırladaq ki, A.Yaqubov qətli törədəndən sonra psixi xəstəliyə tutulduğu üçün müalicəyə göndərilib. İndi səhhəti normallaşdığı üçün işinə yenidən baxılır.

Qeyd edək ki, Sumqayıt şəhəri 8-ci mikrorayon sakini A.Yaqubov ailə münaqişəsi zəminində atası Ş.Yaqubovu balta ilə vuraraq qətlə yetirib. O, hadisədən sonra psixi xəstəliyə tutulub.

2009-cu ildə məhkəmə onun psixi xəstəliyi ilə bağlı məcburi müalicəyə göndərilməsi ilə bağlı qərar çıxarıb. Qanuna əsasən, A.Yaqubovun səhhəti normallaşdığı üçün barəsində olan cinayət işi üzrə yenidən məhkəmə istintaqı aparılmalıdır.

Son xəbərlər

Orphus sistemi