Yuxarı

Sumqayıtda 9-cu sinif şagirdini avtomobil vurub

Sumqayıtda 9-cu sinif şagirdini avtomobil vurub
© Report

Sumqayıt. 24 mart. REPORT.AZ/ Sumqayıt şəhərində 15 yaşlı oğlanı avtomobil vurub.

"Report"un yerli bürosunun verdiyi məlumata görə, hadisə Saray körpüsü adlanan ərazidə qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini 2002-ci il təvəllüdlü V.M. Saray körpüsündə yolu keçərkən "Mercedes" markalı avtomobil tərəfindən vurulub. Məktəbli ağır xəsarətlərlə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Yaralı müayinə olunaraq xəstəxananın Neyrocərrahiyyə şöbəsinə yerləşdirilib.

Qeyd edək 15 yaşlı V.M. Sumqayıt şəhər 1 nömrəli tam orta məktəbinin 9-cu sinif şagirdidir. Qəzanı törədən sürücü artıq məsuliyyətə cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi