Sumqayıtda 7 saylı marşrut avtobusu qəza törədib, yaralılar var

Sumqayıtda 7 saylı marşrut avtobusu qəza törədib, yaralılar var Sumqayıt.10 avqust. REPORT.AZ Sumqayıt şəhərində baş verən zəncirvari yol qəzasında xəsarət alan şəxslərin adı məlum olub.
Hadisə
10 Avqust , 2018 21:07
Sumqayıtda 7 saylı marşrut avtobusu qəza törədib, yaralılar var

Sumqayıt.10 avqust. REPORT.AZ Sumqayıt şəhərində baş verən zəncirvari yol qəzasında xəsarət alan şəxslərin adı məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə zamanı 1980-ci il təvəllüdlü Anar Zahid oğlu Məmmədov, 1993-cü il təvəllüdlü Nigar Əmirəhməd qızı Həsənova və 1993-cü il təvəllüdlü Zərifə Cəbrayıl qızı Həsənova müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.


***20:49Sumqayıt.10 avqust. REPORT.AZ Sumqayıt şəhərində sərnişin mikroavtobusunun iştirakı ilə zəncirvari qəza baş verib.

"Report"un yerli bürosunun məlumatına görə, hadisə şəhərin 2-ci məhəllə adlanan ərazisində qeydə alınıb.

Belə ki, Sumqayıtda sərnişin daşıma ilə məşğul olan 7 saylı marşrut avtobusu idarəetməni itirərək "KİA" və "Hyundai" markalı minik avtomobillərinə dəyib. 

Qəza nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir.

Son xəbərlər

Orphus sistemi