Sumqayıtda 62 yaşlı kişi avtomobilində bıçaqlanaraq qətlə yetirilib

Sumqayıtda 62 yaşlı kişi avtomobilində bıçaqlanaraq qətlə yetirilib Bakı. 9 may. REPORT.AZ/ Sumqayıt şəhərində 62 yaşlı kişinin meyiti maşınında tapılıb.
Hadisə
9 May , 2018 12:08
Sumqayıtda 62 yaşlı kişi avtomobilində bıçaqlanaraq qətlə yetirilib

Bakı. 9 may. REPORT.AZ/ Sumqayıt şəhərində 62 yaşlı kişinin meyiti maşınında tapılıb. 

"Report"un məlumatına görə, hadisə şəhərin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində qeydə alınıb. 

Belə ki, 1956-cı il təvəllüdlü Aydın Şıxəliyevin meyiti onun idarə etdiyi "Mercedes" markalı avtomobildə tapılıb. Araşdırma zamanı onun bıçaqlanaraq qətlə yetirildiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi