Sumqayıt. 31 mart. REPORT.AZ/ Sumqayıt şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
"Report"un yerli bürosunun məlumata görə, hadisə şəhərin 11-ci mk ərazisində baş verib.
Belə ki, 1958-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Həsənov Hümbət Səməd oğlu yolu keçərkən qarşı tərəfdən gələn avtomobil tərəfindən vurulub.Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Hadisədən sonra sürücü məsuliyyətə cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.