Yuxarı

Sumqayıtda 58 yaşlı kişi daş hasarın altında qalaraq ölüb - YENİLƏNİB

Sumqayıtda 58 yaşlı kişi daş hasarın altında qalaraq ölüb - YENİLƏNİB

 Sumqayıt şəhərində yaşadığı evbin həyətindəki daş hasarın uçması zamanı dağıntılar altında qalaraq ölən ahıl kişinin şəxsiyyəti məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, şəhər sakini 1961-ci il təvəllüdlü Məmmədov İlham Süleyman oğlunun üzərinə özünə məxsus fərdi yaşayış evinin həyətində daş hasar uçub. Nəticədə, o, daşların altında qalaraq ölüb.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. 

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə yerləşdirilib. 


*** 07:23

Sumqayıtda ahıl  kişi daş hasarın altında qalaraq ölüb.

"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə 49-cu məhəllədə baş verib.

Belə ki, hələlik şəxsiyyəti məlum olmayan ahıl kişi daş hazarın altında qalaraq ağır bədən xəsarətləri alıb. 

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi