Sumqayıtda 57 yaşlı müəllim avtobusdan düşərkən yıxılıb

Sumqayıtda 57 yaşlı müəllim avtobusdan düşərkən yıxılıb Sumqayıt. 26 aprel. REPORT.AZ/ Sumqayıt şəhərində 57 yaşlı müəllim marşurutdan yıxılaraq xəsarət alıb.
Hadisə
26 Aprel , 2018 10:12
Sumqayıtda 57 yaşlı müəllim avtobusdan düşərkən yıxılıb

Sumqayıt. 26 aprel. REPORT.AZ/ Sumqayıt şəhərində 57 yaşlı müəllim marşurutdan yıxılaraq xəsarət alıb.

"Report"un yerli bürosunun verdiyi məlumata görə, hadisə şəhərin 9-cu mikrorayon ərazisində baş verib.

Belə ki, 1961-ci il təvəllüdlü Cəmilə Əli qızı Cəfərova Sumqayıt şəhərində fəaliyyət göstərən 30 nömrəli marşurutdan düşərkən yıxılıb. Hadisəyə səbəb vətəndaşın tam düşməmiş sürücünün avtobusu idarə etməsi olub. 

57 yaşlı müəllim aldığı ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi