Sumqayıtda 56 yaşlı kişi özünü 14-cü mərtəbədən atıb - YENİLƏNİB

Sumqayıtda 56 yaşlı kişi özünü 14-cü mərtəbədən atıb - YENİLƏNİB Sumqayıt şəhərində intihar hadisəsi baş verib
Hadisə
31 Mart , 2019 09:17
Sumqayıtda 56 yaşlı kişi özünü 14-cü mərtəbədən atıb - YENİLƏNİB

Sumqatyıt şəhərində intihar edən şəxsin kimliyi məlum olub. 

"Report"un yerli bürosu xəbər verir ki, şəhər sakini ,1963-cü il təvəllüdlü Bağırov Rafael Ağa oğlu özünü 14 mərtəbəli yaşayış binasının damından ataraq intihar edib.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.


*** 08:23

Sumqayıt şəhərində intihar hadisəsi baş verib. 

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə 45-ci məhəllə adalan ərazidə qeydə alınıb.

Belə ki, həmin ərazidə yerləşən 14 mərtəbəli binanın 14-cü mərtəbəsindən yaşlı kişi özünü ataraq intihar edib. 

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub.

Hadisə yerinə baxış keçirilib və intiharın səbəbləri araşdırlır.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə yerləşdirilib. 

Son xəbərlər

Orphus sistemi