Sumqayıtda 55 yaşlı kişi itkin düşüb

Sumqayıtda 55 yaşlı kişi itkin düşüb Sumqayıt. 25 sentyabr. REPORT.AZ/ Sumqayıt şəhərində 55 yaşlı kişi itkin düşüb.
Hadisə
25 Sentyabr , 2018 15:26
Sumqayıtda 55 yaşlı kişi itkin düşüb

Sumqayıt. 25 sentyabr. REPORT.AZ/ Sumqayıt şəhərində 55 yaşlı kişi itkin düşüb.

“Report”un yerli bürosunun verdiyi məlumata görə, hadisə Corat bağlar massivində qeydə alınıb. 

Belə ki, Sumqayıt şəhər sakini, 1963-cü il təvəllüdlü Nüsrət Cavan oğlu Əliyev yaşadığı evdən çıxaraq gedib və bir daha geri qayıtmayıb. Onun evdən çıxarkən əynində qara rəngli şalvar, ağ rəngli köynək, ayağında qara ayaqqabı və çiynində iş çantası olub. Boyu 160 sm, orta bədən quruluşlu, qarabəniz, seyrək saçlıdır.

İtən şəxs haqqında məlumatı olan varsa, dərhal (018) 65-4-02-02 ; 64-2-03-65 (055) 347-32-82 telefon nömrələrinə məlumat vermələri xahiş olunur.

Son xəbərlər

Orphus sistemi