Sumqayıtda 52 yaşlı kişi itkin düşüb - FOTO

Sumqayıtda 52 yaşlı kişi itkin düşüb - FOTO Sumqayıt. 10 oktyabr. REPORT.AZ/ Sumqayıt sakini itkin düşüb.
Hadisə
10 Oktyabr , 2018 00:30
Sumqayıtda 52 yaşlı kişi itkin düşüb - FOTO
Foto: "Report"

Sumqayıt. 10 oktyabr. REPORT.AZ/ Sumqayıt sakini itkin düşüb.

"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə şəhərin 45-ci məhəlləsində baş verib.

Həmin məhəllənin ev 7/79 mənzil 48 ünvanında yaşayan 1966-cı il təvəllüdlü Quliyev Sələddin Çərkəz oğlu sentyabrın 19-da evdən çıxaraq Bakı şəhərində yaşayan qardaşının evinə gedib. O, bir neçə saat qardaşının evində olduqdan sonra mənzili tərk edib və bir daha geri qayıtmayıb.

S.Quliyev barədə məlumatı olanlardan (018) 65-4-42-03, 055-502-17-19 telefon nömrələrinə zəng etmələri və ya Sumqayıt şəhər Polis İdarəsinə məlumat vermələri xahiş olunur.

Son xəbərlər

Orphus sistemi