Sumqayıtda 52 yaşlı kişi intihar edib - YENİLƏNİB

Sumqayıtda 52 yaşlı kişi intihar edib - YENİLƏNİB Sumqayıt şəhərində özünü yaşadığı evdə asaraq intihar edən yaşlı kişinin şəxsiyyəti məlum olub.
Hadisə
15 Mart , 2019 09:25
Sumqayıtda 52 yaşlı kişi intihar edib - YENİLƏNİB
0 : 00
0 : 00

Sumqayıt şəhərində özünü yaşadığı evdə asaraq intihar edən yaşlı kişinin şəxsiyyəti məlum olub. 

"Report"un yerli bürosu xəbər veri ki, bu, 1967-ci təvəllüdlü Cavadov Rasim Maqsud oğludur. 

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə yerləşdirilib. 

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.


*** 07:11

Sumqayıt şəhərində yaşlı kişi yaşadığı evdə özünü asaraq intihar edib. 

"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə Hacı Zeynalabdin Tağıyev qəsəbəsində baş verib.

Belə ki, hələlik şəxsiyyəti məlum olmayan yaşlı kişi özünü yaşadığı evdə kəndirlə asaraq intihar edib.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub.

Hadisə yerinə baxış keçirilib və intiharın səbəbləri araşdırlır. 

Son xəbərlər

Orphus sistemi