Sumqayıtda 51 yaşlı kişi intihar edib - YENİLƏNİB

Sumqayıtda 51 yaşlı kişi intihar edib - YENİLƏNİB Sumqayıt. 16 fevral. REPORT.AZ/ Sumqayıt şəhərində özünü asaraq intihar edən şəxsin kimliyi məlum olub.
Hadisə
16 Fevral , 2019 10:28
Sumqayıtda 51 yaşlı kişi intihar edib - YENİLƏNİB

Sumqayıt. 16 fevral. REPORT.AZ/ Sumqayıt şəhərində özünü asaraq intihar edən şəxsin kimliyi məlum olub. 

"Report"un yerli bürosu məlumat verir ki, Sumqayıt şəhər sakini, 1968-ci il təvəllüdlü Məhərrəmov Tofiq Əlisa oğlu yaşadığı mənzildə özünü kəndirlə asaraq intihar edib. Onun hansı səbəbdən intihar etdiyi hələ ki məlum deyil.

Meyit müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


*** 9:46

Sumqayıt. 16 fevral. REPORT.AZ/ Sumqayıtda 51 yaşlı kişi evində özünü asaraq öldürüb.

"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə Corat qəsəbəsində baş verib.

Belə ki, hələlik şəxsiyyəti məlum olmayan orta yaşlı kişi  özünü asaraq intihar edib. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub.

Hadisə yerinə baxış keçirilib. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin  Sumqayıt şəhər şöbəsinə yerləşdirilib. 

Son xəbərlər

Orphus sistemi