Sumqayıtda 5 yaşlı uşağı avtomobil vurub, sürücü qaçıb

Sumqayıtda 5 yaşlı uşağı avtomobil vurub, sürücü qaçıb Hadisə yerindən qaçan sürücü tutulub
Hadisə
13 İyun , 2017 11:50
Sumqayıtda 5 yaşlı uşağı avtomobil vurub, sürücü qaçıb

Bakı. 13 iyun. REPORT.AZ/ Sumqayıt şəhərində beş yaşlı uşağı avtomobil vurub, sürücü hadisə yerindən qaçıb.

"Report" xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində baş verib. 

Belə ki, yolu keçmək istəyən 2012-ci il təvəllüdlü Muhammad Ələkbərli naməlum avtomobil tərəfindən vurulub. Uşaq müxtəlif dərəcəli xəsarətlə xəstəxanaya yerləşdirilib. 

Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən, "VAZ-21124" markalı avtomobili idarə edən şəhər sakini Vüqar İsgəndərov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi