Bakı. 27 avqust. REPORT.AZ/ Sumqayıt şəhərində evlərinin eyvanından yıxılan uşaq sağ qalıb.
"Report" Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, 4 yaşlı Cavid Əlizadə evlərinin eyvanından (5-ci mərtəbədən) yıxılaraq 3-cü mərtəbədəki paltar sərilən zivəyə ilişərək asılı qalıb. Uşaq xilas edilərək xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.