Sumqayıtda 38 yaşlı qadını avtomobil vurub

Sumqayıtda 38 yaşlı qadını avtomobil vurub Sumqayıt. 8 fevral. REPORT.AZ/ Sumqayıt şəhərində 38 yaşlı qadını avtomobil vurub.
Hadisə
8 Fevral , 2018 19:29
Sumqayıtda 38 yaşlı qadını avtomobil vurub

Sumqayıt. 8 fevral. REPORT.AZ/ Sumqayıt şəhərində 38 yaşlı qadını avtomobil vurub.

"Report"un yerli bürosunun verdiyi məlumata görə, hadisə şəhərin 5-ci mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, şəhər sakini, 1980-ci il təvəllüdlü Lətifə Əli qızı Səmədova yolu keçmək istəyərkən qarşı tərəfdən gələn avtomobil tərəfindən vurulub. O, ağır kəllə beyin travması ilə dərhal Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Yaralı qadının vəziyyətinin ağır olduğu bildirilir. Sürücü saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi