Sumqayıt şəhərində Xəzər bağları yaşayış massivində meyiti tapılan 38 yaşlı kişinin bıçaqlanaraq qətlə yetirildiyi məlum olub.
“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, polis əməkdaşları əraziyə baxış keçirib və ölən şəxsin üzərində bir neçə bıçaq zərbəsinin olduğu aşkar edilib. Mərhumun 1981-ci il təvəllüdlü İsmayılov Ramil Çingiz oğlu olduğu müəyyənləşib. Meyit müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib. Onun meyiti müayinə olunması üçün
Faktla bağlı araşdırma aparılır.
*** 17:59
Sumqayıtda 38 yaşlı kişinin meyiti tapılıb.
“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə Xəzər bağlarında qeydə alınıb.
Belə ki, Xəzər bağlarında meyit tapılması barədə Sumqayıt Şəhər Polis İdarəsinə məlumat daxil olub.
Hadisə baş verən əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşaları və Təcili Tibbi yardım Stansiyasının həkimləri cəlb olunub.
Faktla bağlı araşdırmalara başlanılıb.