Sumqayıtda 32 yaşlı kişi itkin düşüb - FOTO

Sumqayıtda 32 yaşlı kişi itkin düşüb - FOTO Sumqayıt. 30 aprel. REPORT.AZ/ Sumqayıt şəhərində 32 yaşlı kişi itkin düşüb.
Hadisə
30 Aprel , 2018 17:20
Sumqayıtda 32 yaşlı kişi itkin düşüb - FOTO
Report

Sumqayıt. 30 aprel. REPORT.AZ/ Sumqayıt şəhərində 32 yaşlı kişi itkin düşüb.

"Report"un yerli bürosunun verdiyi məlumata görə, şəhərin H.Z.Tağıyev qəsəbəsində yaşayan Əleyman Məhəmməd oğlu Əhmədov ərazi üzrə 2-ci Polis Bölməsinə müraciət edərək onunla eyni ünvanda yaşayan oğlu, 1986-cı il təvəllüdlü Oruc Əleyman oğlu Əhmədovun bir müddət öncə evdən çıxaraq naməlum istiqamətə getdiyini və bir daha qayıtmadığını bildirib. 

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırmalara başlanlıb. 

Şəkildəki şəxsi görən və yerini bilənlərdən dərhal Sumqayıt Şəhər Polis İdarəsinə və ya (055) 211-43-23

(055) 583- 88-34 (018) 65-4-02 nömrələrinə zəng vurmaqla məlumat vermələri xahiş olunur.

Son xəbərlər

Orphus sistemi