Yuxarı

Sumqayıtda 2 nəfər manqal qalayarkən yanıb

Sumqayıtda 2 nəfər manqal qalayarkən yanıb

Sumqayt. 6 avqust. REPORT.AZ/ Sumqayıt şəhərində 22 yaşlı gənc kabab bişirərkən yanıb.

"Report"un yerli bürosunun məlumatına görə, hadisə şəhərin İnşaatçılar qəsəbəsindəki Gecəqondu məhəlləsində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini, 1996-cı il təvəllüdlü Araz Arzu oğlu İsmayılov yaxınları ilə birgə manqal qalamaq istəyib. O, kömürün üzərinə kerosin əvəzinə səhvən benzin töküb. Nəticədə gənc və yaxınlıqda olan digər bir nəfər yanıq xəsarətləri alıb. Yaralılar Bakı şəhəri 5 saylı Klinik Xəstəxanasına aparılıblar. A.İsmayılovun vəziyyətinin ağır olduğu bildirilir. Digər yaralı isə müalicədən imtina edərək xəstəxanadan qaçıb.  

Hazırda baş vermiş hadisənin dəqiq səbəbləri araşdırılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi