Sumqayıtda 18 yaşlı hamilə qadın evində ölü tapılıb - FOTO - YENİLƏNİB

Sumqayıtda 18 yaşlı hamilə qadın evində ölü tapılıb - FOTO - YENİLƏNİB Sumqayıt. 5 fevral. REPORT.AZ/ Sumqayıt şəhərində 18 yaşlı hamilə qadın evində ölü halda tapılıb.
Hadisə
5 Fevral , 2018 09:56
Sumqayıtda 18 yaşlı hamilə qadın evində ölü tapılıb - FOTO - YENİLƏNİB
Report

Sumqayıt. 5 fevral. REPORT.AZ/ Sumqayıt şəhərində 18 yaşlı hamilə qadın evində ölü halda tapılıb.

"Report"un yerli bürosunun verdiyi məlumata görə, hadisə şəhərin "Betonzavod" ərazisində, gecəqondu məhəllələrindən birində baş verib.

Belə ki, həmin ünvanda yaşayan, 2000-ci il təvəllüdlü Gülbəniz Niyazi qızı Şahbazovanın meyiti yaşadığı mənzildə aşkarlanıb. Onun cansız bədənini mərhumun ailə üzvləri hamam otağında aşkarlayıblar.

Qeyd edək ki, 18 yaşlı gəlin dünyasını dəyişərkən bir neçə aylıq hamilə olub. 

Faktla bağlı araşdırma aparılır.


***9:11

Sumqayıt. 5 fevral. REPORT.AZ/ Sumqayıt şəhərində mənzildən hamilə qadın meyiti aşkarlanıb.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə şəhərin "Betonzavod" ərazisində, gecəqondu məhəllələrindən birində baş verib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının və Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları cəlb edilib. 

Hələlik şəxsiyyəti məlum olmayan hamilə qadının ölümünün səbəbləri araşdırlır. 

Son xəbərlər

Orphus sistemi